"Bakda qalib gəlmək üçün başqa cür olmaq şansı yox idi"

1 Sentyabr 2020 22:40 Şamaxı 896
"Bakda qalib gəlmək üçün başqa cür olmaq şansı yox idi"

“Laçi”nin qapıçısı Alen Şerri Albaniya mətbuatına müsahibəsində Avropa Liqasının I təsnifat mərhələsində “Keşlə” üzərində qazanılan qələbəni dəyərləndirib.

Qolsuz bərabərə başa çatan qarşılaşmanın penaltilər seriyası zamanı Azərbaycan klubunun kapitanı İlkin Qırtımovun zərbəsini dəf edən 23 yaşlı qolkiper komandasını növbəti mərhələyə daşıyıb.

Sportinfo.az xəbər verir ki, Şerri həmin anda qalibiyyətə əmin olduqlarını bildirib.

- “Laçi”dəki ilk rəsmi oyununuzda qəhrəman oldunuz. Özünüzü necə hiss edirsiniz?
- Mənim üçün qəhrəmanlar istisnasız idi. Azərbaycanda ilk dəqiqədən sonra qədər - 120 dəqiqə mübarizə aparan və meydanda hər şeyini ortaya qoyan futbolçuların hamısı “Laçi”nin uğurunun memarıdır. Matçın sonuna qədər bütün komandanın fədakarlığına baxaraq, penaltilər seriyasında nə etməli olduğumu müəyyənləşdirdim. Özümü çox xoşbəxt hiss edirəm, çünki bu görüşün nə qədər vacib olduğunu bilirəm.

- Matçın əlavə vaxta uzanması sizi yordu, yoxsa daha çox zövq aldınız?
- Meydanda azlıqda qaldıqdan sonra işimiz daha da çətinləşdi. Üstəlik, dəqiqələr keçdikcə yorğunluq və təzyiq artırdı. 90 dəqiqənin sonunda komanda yoldaşlarıma dedim ki, oyunu penaltilər seriyasına apara bilsələr, qalib gələcəyik.

- Penaltilər seriyasında nə düşündünüz?
- Bizim gecəmiz olduğunu düşünürdüm. Axı həmin ana çatmaq üçün çox şey qurban verdik və başqa cür olmaq şansı yox idi. Zərbələrin necə alınmasından asılı olmayaraq, penaltilər seriyasında qalib gələcəyimizə əmin idim. “Vlajniya”dan yaxşı tanıdığım Silvio Juniorun zərbəsini qaytaracağıma ümid edirdim. Amma o, fərqli yerinə yetirdi. Yenə də son penaltini qaytarmağı bacardım.

- “Keşlə” ilə oyundan sonra Bakıda qaldınız, yoxsa dərhal geri döndünüz?
- Matçdan sonra Azərbaycan vaxtı ilə saat 2-də uçmalı idik. Bu üzdən çox vaxtımız olmadı. Axşam yeməyini yedik və birbaşa hava limanına yollandıq.

Digər Xəbərlər
Xəbər Lenti