"Keşlə"də Tərlan Əhmədovun qoyduğu qadağalar götürüldü

1 Sentyabr 2020 14:08 Şamaxı 1 116
"Keşlə"də Tərlan Əhmədovun qoyduğu qadağalar götürüldü

Yunis Hüseynovun baş məşqçi postuna təyinatından sonra «Keşlə»də klub əməkdaşlarına qoyulan qadağalar götürülüb.

Belə ki, burada çalışan işçilər artıq əsas komandanın iştirakıyla keçirilən məşqləri tribunadan izləyə biləcək.

Tərlan Əhmədovun dönəmində bu, mümkün deyildi. O, futbolçuların paltarlarını yuyan qadınların da iş yerindən uzaqlaşdırılmasını istəmişdi. Əhmədova görə, komanda hansı oyunu uduzursa, bu, onların günahıdır.

Keçmiş baş məşqçi «həmin insanlar bizə uğursuzluq gətirir. İşçilər və nə vaxt məşqimizi izləyir və paltarlarıı yuyurlarsa, biz o oyunu uduzuruq» - idmanda «fart»a inanan Əhmədov rəhbərliyə belə demişdi.

İndi necə deyərlər, onun vəzifəsindən uzaqlaşdırılmasından sonra klubda hamı rahat nəfəs almağa başlayıb.

SPORTİNFO,AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!