Azərbaycan klubuna bədbəxtlik gətirən - 50

29 Avqust 2020 10:38 Şamaxı 1 309
Azərbaycan klubuna bədbəxtlik gətirən - 50

“Keşlə”nin “Laçi” ilə heç-heçəsi Azərbaycan klublarının Avropa Liqasında yubiley sülhü olub.

Sportinfo.az xəbər verir ki, “ASK Arena”dakı qolsuz oyun təmsilçilərimizin 2009-cu ildən indiki ad və formatda təşkil olunan turnirdə 50-ci bərabərliyidir.

Klublarımız UEFA kuboku adlandığı dövrü saymasaq, bu yarışda cari mövsümədək 192 oyunda 49 heç-heçə etmişdi. “Keşlə”nin sülhü ilə bu göstəricidə 100-ü yarılayıb.

Ümumiyyətlə, dünənki oyunlardan sonra Avropa Liqasında keçirilən matç sayı 195-ə çatıb. 64 qələbəsi olan klublarımız 81 dəfə uduzub.

50 heç-heçədən üçü elə bu rəqiblərin duellərində qeydə alınıb. 2015/16 mövsümündə “İnter” adlanan Bakı təmsilçisi səfər qolu ilə (1:1, 0:0), bu dəfə isə (0:0) albaniyalılar penaltilərlə (5:4) tur adlayıb.

Digər Xəbərlər
Xəbər Lenti