"KEŞLƏ" – Biz hara, Avropa hara! - FOTOREPORTAJ

29 Avqust 2020 09:14 Şamaxı 808
"KEŞLƏ" – Biz hara, Avropa hara! - FOTOREPORTAJ

“Keşlə” Avropa Liqasında I təsnifat mərhələsinin oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi 2020/21 mövsümünün I təsnifat mərhələsində qüvvəsini sınayıb.

Yunis Hüseynovun yetirmələri öz meydanında Albaniya “Laçi”si ilə üz-üzə gəlib. Azarkeşsiz və 1 oyundan ibarət duelin taleyini penaltilər seriyası həll edib. Daha dəqiq olan “Laçi” mərhələ adlayıb – 5:4.

“ASK Arena”dakı görüş rəqiblərin Avropada 2-ci dueli olub. 5 il öncəki ilk qarşıdurmada hər iki matç heç-heçə bitdiyindən bakılılar səfər qolu ilə mərhələ adlayıb. Həmin vaxt təmsilçimiz "İnter" adı altında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti