Azərbaycan klubunu pərişan edən kapitan üzr istədi

28 Avqust 2020 18:06 Şamaxı 1 106
Azərbaycan klubunu pərişan edən kapitan üzr istədi

"Keşlə" dünən Avropa Liqasında ilk və son oyununu keçirdi.

Paytaxt təmsilçisi "ASK Arena"da Albaniya "Laçi"sini qəbul etdi.

I təsnifat mərhələsinin görüşündə əsas və əlavə vaxt qolsuz başa çatdı. 72-ci dəqiqədə qonaqlar meydanda azlıqda qaldı. Lukas Ramos de Oliveyra ikinci "sarı"dan sonra qırmızı vərəqə alaraq meydandan qovuldu.

İkinci yarıda da hesab dəyişmədiyindən əlavə vaxt oynanıldı. 112-ci dəqiqədə bu dəfə "Keşlə"nin heyətində Şəhriyar Əliyev ikinci sarı vərəqədən meydanı tərk etdi.

Əlavə vaxtda da qapılara qol vurulmadı və qalibi penaltilər seriyası müəyyənləşdirdi. Burada daha dəqiq oynayan "Laçi" adını növbəti mərhələyə yazdırdı - 4:5. "Keşlə"dən penaltini yalnız İlkin Qırtımov dəqiq yerinə yetirə bilmədi.

Kapitan sonuncu zərbəni tora qovuşdura bilmədiyi üçün sstres yaşayıb. Müdafiəçi oyundan sonra paltardəyişmə otağında komanda yoldaşlarınıdan üzr istəyib. O, penalta nöqtəsinə yaxınlaşarkən həyacanlı olduğunu və zərbə anında tələsik qərar verdiyini bildirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı