"Keşlə"nin zəif tərəfləri ilə yanaşı, güclü cəhətləri də var"

27 Avqust 2020 14:08 Şamaxı 644
"Keşlə"nin zəif tərəfləri ilə yanaşı, güclü cəhətləri də var"

"Son məşqimiz yaxşı keçdi, hər şey normal vəziyyətdə idi. İki həftədən çoxdur ki, hazırlaşırıq.

Son gündə "Keşlə" ilə oynayacağımız stadiona uyğunlaşmaq istədik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Albaniyanın "Laçi" komandasının baş məşqçisi Armando Kunqu Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları "Keşlə" ilə matçdan öncə yerli "Panoramo" nəşrinə müsahibəsində deyib.

47 yaşlı mütəxəssis bildirib ki, futbolçulardan öz oyunlarını sərgiləmələrini tələb edib. Albaniyalı baş məşqçi deyib ki, oyunçuların son mövsümdəki kimi xarakter göstərmələrini gözləyir:

"Bu, baş verərsə, daha da irəli gedə bilərik. Rəqibin zəif tərəfləri ilə yanaşı, güclü cəhətləri də var. Amma unutmayın ki, komandamız kollektiv şəklində güclüdür".

Kunqu "Qarabağ"ın aybaniyalı sabiq futbolçusu Ansi Aqollidən hansısa məlumat almasına da münasibət bildirib: "Bu idmançıya təşəkkür edirəm. Aqolli hər zaman dostlarına kömək etməyə hazırdır. O, qürur hissi keçirdiyimiz albaniyalıdır".

Bu gün "ASK Arena"da keçiriləcək "Keşlə" - "Laçi" görüşü saat 21:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti