"Mərhələni keçin, 200 mini məndən istəyin"

26 Avqust 2020 12:44 Şamaxı 1 108
"Mərhələni keçin, 200 mini məndən istəyin"

«Keşlə» sabah Avropa Liqasında I təsnifat mərhələsinin oyununa çıxacaq.

Paytaxt təmsilçisi Bakıda «Laçi»ni qəbul edəcək.

Premyer Liqanın bürünc medalçısını Albaniya klubu ilə qarşılaşmada böyük mükafat gözləyir. Belə ki, mərhələ adlayarsa, komandaya 200 min manat mükafat veriləcək.

Bu məbləği ayıran isə nə UEFA-dır, nə AFFA. Vəsaiti öz cibindən Zaur Axundov verəcək. Müşahidə Şurasının sədri futbolçuldarla görüşərək, onları qələbəyə motivasiya edib:

«Özünüz də görürsüz ki, sizin üçün hər şey edirəm. Hər məsələnizbdə, hər probleminizdə yanınızdayam. Elə bir şey olmur ki, diqqətimdən yayınsın. Mən bunu ona görə edirəm ki, fikriniz tamamilə futbolda olsun.

Mərhələni keçin, 200 mini məndən istəyin. Əgər uğurlu çııxışımızı ondan sonra da davam etdirsək. Ümumi vəziyyətimiz daha da yaxşı olacaq».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti