Zaur Axundovun sərhədsiz "Keşlə" sevgisi: "Bəsdir də..."

22 Avqust 2020 16:00 Şamaxı 1 485
Zaur Axundovun sərhədsiz "Keşlə" sevgisi: "Bəsdir də..."

Dünən Azərbaycan Premyer Liqasında yeni mövsümə start verildi.

İlk görüş Sumqayıtda keçirildi. Burada yerli komanda "Keşlə"ni qəbul edirdi.

Oyunu izləyənlər arasında bakılıların Müşahidə Şurasının sədri Zaur Axundov da vardı. O, "Keşlə"nin baş məşqçi heyətinin yer aldığı ehtiyat skamiya ilə üzbəüz tribunada əyləşmişdi.

Elə işin ən pis tərəfi də bu idi. Çünki yazıq futbolçular bilmirdilər ki, sağ qulağ eşidənə əməl etsinlər, yoxsa soldan gələn tapşırığa. Bir tərəfdə baş məşqçi və köməkçiləri tapşırıqlarını verirdisə, digər tərəfdə bu işi Zaur Axundov və çevrəsi edirdi.

Hətta bəzən futbolçular baş məşqçi Yunis Hüseynov unudub, Zaur bəyin tapşırıqlarına jestlərlə cavab verirdilər. İndi gəl, bu ortamda normal futbol oyna, bacarıqlarını meydanda göstər.

Çox çətindir, çox ...

Zaur Axundovun belə xüsusiyyətinin olması haqda çox yazılıb, çox deyilib. Görünür bu elə belə də gedəcək. Amma nə vaxta kimi?

Bu gün yerli futbolçular ortalıqda qalmamaq üçün və ya digər klublardan daha çox pul verilir deyə "Keşlə"yə gəlirsə, əcnəbilər bura gələnə kimi sizin komandaya təsirinizdən xəbərsizdilərsə, amma sabah belə olmaya bilər axı.

Və ya sabah da siz istəyən kimi ola bilər, amma hər zaman belə olması mümkün deyil. Bir gün hardasa bu mif dağılacaq. Çünki belə peşəkar klub idarə edilməz.

Sizin istədiyiniz komandanızın istənilən rəqibi udmasıdı, avrokuboklarda uğurlu çıxış etməsidir və.s, və i. Bu istədikləriniz gözəl arzudur, amma arzularla gərək əməllər də üst-üstə düşə də.

Sahib olduğunuz kluba, futbolçulara olan sevginizi başa düşdük. Lap kənardan "əla Rəhman", "əla Azər" deməyinizi də başa düşdük. Bir prezidentin komandasının futbolçusuna oyunun gedişində əla deməsindən gözəl nə ola bilər ki? Bəs davamı?

Əgər davamında "Rəhman, bəsdir də", "vaxtında ötürmə et də" və bundan da ötə iradlar, qınaqlar Hacıyevin normal futbol oynamasına, komandaya fayda verməsinə sadəcə və sadəcə zərərdir.

Zaur bəy, əgər "Keşlə" ilə uğur qazanmaq istəyirsinizsə, əl çəkin bu zərərli vərdişdən.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti