"Keşlə": Gecə qara, cücə qara, gəl, oyna!

11 Avqust 2020 23:40 Şamaxı 1 083
"Keşlə": Gecə qara, cücə qara, gəl, oyna!

Avropa Liqasının I təsnifat mərhələsində mübarizə aparacaq daha bir Azərbaycan klubunun oyunununbaşlama saatı müəyyənləşib.

Sportinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, "Keşlə" - "Laçi" (Albaniya) qarşılaşması saat 21:00-da başlayacaq.

Qitənin ikinci dərəcəli klub turnirindəki digər Azərbaycan təmsilçisi "Neftçi"nin Makedoniya "Şkupi"si ilə oyununun başlama saatı daha əvvəl açıqlanıb.

Matçın startı saat 20:00-da veriləcək. Hər 3 matç avqustun 27-də oynanılacaq.

Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Sileks" (Makedoniya) oyunu isə avqustun 18-də olacaq və saat 20:00-da başlayacaq.

Bu cütün qalibi II təsnifat mərhələsində "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün güclüsü ilə üz-üzə gələcə

Digər Xəbərlər
Xəbər Lenti