"Yaxşı formada olsaq, "Sumqayıt"ın öhdəsindən gələ bilərik"

11 Avqust 2020 18:48 Şamaxı 738
"Yaxşı formada olsaq, "Sumqayıt"ın öhdəsindən gələ bilərik"

"Avrokubokların seçmə oyunlarında asan rəqib gözləyə bilmərik. "Sumqayıt" adi komanda deyil".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Şkendiya"nın futbolçusu Lyupko Doriyev "Sumqayıt"la qarşılaşacaqları Avropa Liqasının I təsnifat mərhələsinin oyunu barədə danışarkən deyib.

"Sumqayıt" - "Şkundiya" matçı avqustun 27-də keçiriləcək. Şimali Makedoniya klubunun rəsmi saytına açıqlama verən 25 yaşlı yarımmüdafiəçi "gənclik şəhəri" təmsilçisinin yaxşı keyfiyyətə malik komanda olduğunu bildirib.

Makedoniyalı oyunçu mərhələ keçə biləcəklərinə inandığını söyləyib: "Bu il təsnifat mərhələsi bir oyundan ibarətdir və biz səfərdə oynayacağıq. Yaxşı formada olsaq, bunun öhdəsindən gələ bilərik. Bu, heç də asan olmayacaq, amma mərhələ keçəcəyimizə inanıram".

Digər Xəbərlər
Xəbər Lenti