Azərbaycan klubuna belə “meydan oxuyan olmamışdı“

11 Avqust 2020 16:42 Şamaxı 1 730
Azərbaycan klubuna belə “meydan oxuyan olmamışdı“

“Bizim üçün adi oyun olacaq. Tamaşaçısız olduğundan, meydan amilinin matça təsir edəcəyini düşünmürəm”.

Sportinfo.az xəbər verir ki, bunu “Laçi”nin direktoru Naim Halili deyib.

Albaniya mətbuatına danışan klub rəsmisi Avropa Liqasının I təsnifat mərhələsində “Keşlə” ilə avqustun 27-də Bakıda keçiriləcək oyuna münasibət bildirib.

O, komandasının mərhələ adlayacağına əminliyini ifadə edib: “Bizim üçün evdə və ya səfərdə oynamağın bir fərqi yoxdur. Hesab edirəm ki, Azərbaycan təmsilçisinə qalib gələcək heyətimiz var.

Oyunu həll edə biləcək keyfiyyətlərə malikik. Komandaya güvənirəm, buna görə də mərhələni keçəcəyimizə inanıram. “Keşlə”ni az da olsa, tanıyıram. Çünki iki il əvvəl bizim keçmiş baş məşqçimiz Mladen Milinkoviç orada çalışırdı və bəzi matçlarını izləmək fürsətim olmuşdu”.

Halili Azərbaycana girişlə bağlı problem olduğundan, matçın neytral meydanda keçiriləcəyini istisna etməyib: “Hələ də Azərbaycanda oynayacağımızı dəqiq bilmirik.

Hər şey COVID-19-la bağlı yaranmış vəziyyətdən asılıdır. Kiprdə və ya İspaniyada da oynaya bilərik, hələ məlum deyil. Yaxın günlərdə məkan dəqiqləşəcək və ondan sonra səyahət olunacaq yer müəyyənləşəcək”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!