Azərbaycan klubunda səs-küylü istefa qərarının daha bir GİZLİ TƏRƏFİ ÜZƏ ÇIXDI

11 Avqust 2020 12:44 Şamaxı 2 008
Azərbaycan klubunda səs-küylü istefa qərarının daha bir GİZLİ TƏRƏFİ ÜZƏ ÇIXDI

Tərlan Əhmədovun «Keşlə»nin baş məşqçi postundan qovulmasının üstündən bir neçə gün keçir.

Paytaxt klubu hələ yeni sükançısını müəyyənləşdirməyib və gedişat düşünməyə əsas verir ki, bu, gələn aydan tez olmayacaq.

Hər halda komandja onun keçmiş köməkçisi Zaur İsmayılovun rəhbərliyi altında Avropa Liqasının ilk turuna hazrlaşır və güman ki, kənardan kimsə gətirilməyəcək. İsmayılov rəhbərliyə yaxındır və onlara sərf edir.

Premyer Liqada üçüncü yeri tutduğu halda, Əhimədovun göndərməsinin bəzi təfərrüatları artıq üzə çıxmaqdadır. Ayrılığın əsasını «Qarabağ»la yoxlama görüşü qoyub.

«Keşlə» Qəbələdə keçirilən həmin matçda 0:4 hesabıyla uduzub və bundan sonra rəsmilərlə Əhmədov arasında ciddi mübahisə yaşanıb. O, daha əvvəl «Zirə»yə 1:0, «Səbail»ə 2:0 hesabıyla qalib gəlmələrini yada salaraq, çempiona yenilgiyə aid yanaşılmasını istəyib.

Çalışdırıcı Bakıya qayıdarkən bəzi futbolçulara «rəhbərliklə sonuncu dəfə söhbət edəcəm, razılaşmasalar, gedəcəm» deyib. Paytaxta çatandan sonra isə zənglərə cavab verməyib.

Şəxsən klubun Müşahidə Şurasının sədri Zaur Axundova onunla 2 gün əlaqə yaratmağa cəhd göstərsə də, telefonu açmayıb.

Sədr belədə onun köməkçisi Kamal Quliyevlə danışıb və həm Tərlan Əhmədovun harada olması və zənglərə niyə cavab verməməsi ilə maraqlanıb, həm də «Qarabağ»a məğlubiyyətlərin səbəblərini soruşub.

Ancaq Quliyevdən aldığı cavab da onu qane etməyib və şuranın iclasını çağıraraq, yekun qərarını açıqlayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti