"Bakı klubu ilə Kiprdə və ya İspaniyada oynaya bilərik"

11 Avqust 2020 13:12 Şamaxı 717
"Bakı klubu ilə Kiprdə və ya İspaniyada oynaya bilərik"

“Keşlə”nin Avropa Liqasında “Laçi” ilə matçı Bakıda keçirilməyə bilər.

Sportinfo.az xəbər verir ki, bunu Albaniya klubunun direktoru Naim Halili "Panorama" nəşrinə açıqlamasında deyib.

UEFA "Keşlə" – "Laçi" oyununu avqustun 27-də Bakıya salsa da, Halili bildirib ki, Azərbaycana girişlə bağlı məhdudiyyətlər olduğu üçün görüşün başqa ölkədə keçirilməsi mümkündür:

"Hələ də Azərbaycanda oynayacağımızı dəqiq bilmirik. Hər şey koronavirusla bağlı vəziyyətdən asılıdır. Kiprdə və ya İspaniyada oynaya bilərik. Yaxın günlərdə məkan dəqiqləşəcək və hər şey müəyyənləşəcək".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”