"Keşlə" çəkinir: "Bütün xətlərdə güclü oyunçuları var"

10 Avqust 2020 20:20 Şamaxı 1 806
"Keşlə" çəkinir: "Bütün xətlərdə güclü oyunçuları var"

"Avropa Liqasında asan rəqib yoxdur. Oyuna çox ciddi hazırlaşmalıyıq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Keşlə"nin baş məşqçi əvəzi Zaur İsmayılov klubun rəsmi saytına açıqlamasında Avropa Liqasının I təsnifat mərhələsində Albaniya "Laçi"si ilə matçı dəyərləndirərkən deyib.

Mütəxəssis artıq rəqibi analiz etməyə başladıqlarını söyləyib. İsmayılov "Laçi"nin çox yaxşı futbolçulara malik kollektiv olduğunu söyləyib: "Bütün xətlərdə güclü oyunçuları var”.

"Keşlə" - "Laçi" matçı avqustun 27-də "ASK Arena"da keçiriləcək. Avropa Liqasında təsnifat və pley-off mərhələləri bir oyundan ibarət olacaq.

Digər Xəbərlər
Xəbər Lenti