Braziliyalı hücumçu gəldi, “Qatır Məmməd“ bu günü görmədi

9 Avqust 2020 21:40 Şamaxı 1 329
Braziliyalı hücumçu gəldi, “Qatır Məmməd“ bu günü görmədi

“Keşlə” növbəti transferini gerçəkləşdirib.

Braziliyalı hücumçu Silvio Rodriges Perreyra Juniorla 1 illik müqavilə bağlanılıb.

Karyerası ərzində Braziliyanın “Batatais”, Ukraynanın “Çernomorets” və Slovakiyanın “Zlata Morevtse” komandalarında oynamış 26 yaşlı forvard son olaraq Albaniyada -“Vlajniya”da çıxış edib.

Qısa adı Silvio Junior olan cənubi amerikalının “Keşlə“yə gələcəyini ötən həftə açııqlamışdıq. Bəli, o, Tərlan Əhmədovun səbirsizliklə yolunu gözlədiyi, haqqında uzun-uzadıı açıqlamalar verdiyi, tərifləyib göyün bir qatına qaldırdığı hücumçudur.

İşin tərsliyinə bax indi: braziliyalı gəldi, baş məşqçi vəzifəsindən göndərildi. Necə deyərlər, «Qatır Məmməd» o günü görmədi…

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti