"Keşlə"nin aldığı hücumçu danışdı – EKSKLÜZİV VİDEO

3 Avqust 2020 17:24 Şamaxı 1 280
"Keşlə"nin aldığı hücumçu danışdı – EKSKLÜZİV VİDEO

«Keşlə»nin yeni hücumçu ilə anlaşması barədə dünən oxucularımıza məlumat vermişdik.

Junior Silvionun 26 yaşı var və «Koritians»ın yetirməsidir.

2015-ci ildə ölkəsindən ayrılan «sambaç» 3 ölkədə legioner həyatı yaşayıb. 2016-2018-ci illərdə Odessa «Çernomorets»ində çıxış edib.

Ukraynadan Albaniyaya yollanan forvard 1 il «Vlajniya»nın uğurları üçün tər töküb. 2019-cı ildə Slovakiyaya gedib və həmin vaxtdan bəri «Vion»un şərəfini qoruyub.

Biz bu xəbəri tirajlayandan sonra müəyyən şəxslər sosial şəbəkələrdə şayiə yayıb ki, «Keşlə» braziliyalının transferini Murad Axundov vasitəsilə gerçəkləşdirib. İddia olunur ki, mətbuat katibi əlaqələrindən istifadə edərək, komandanın əsas problemini çözüb.

Lakin bu, belə deyil. Düzdür, Murad Axundov AFFA-nın himayəsi altında fəaliyyət göstərən menecer şirkətlərindən birinin əməkdaşıdır və xeyli müddətdir bui şlə məşğuldur, sadəcə, son transfer çalışması onun əməyi deyil.

Axundov «Keşlə»yə xahiş-minnətlə götürülüb və elə bir nüfuz və ixtiyar sahibi deyil ki, onun sözü, məsləhəti ilə oturub-dursunlar.

O. bir dəfə özbaşına hərəkət eləyib və cəzasıını alıb. İkinci dəfə riskə getməz. Bilir ki, rəhbərlik növbəti səhvini ona bağışlamayacaq.

Braziliyalı legionerin Azərbaycana gəlişini türkiyəli menecer düzüb-qoşub. Buna sübut kimi aşağııdakı videonu təqdim edirik:

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı