Problemli legioner iyulun sonunda Azərbaycana gəlməlidir

29 İyul 2020 21:20 Şamaxı 791
Problemli legioner iyulun sonunda Azərbaycana gəlməlidir

Avroliqaya hazırlaşan “Keşlə” “təmizlik” işlərini başa vurandan sonra diqqətini komandanın gücləndirilməsinə yönəldib.

Bu yöndə müəyyən işlər görülüb ki, Cavid İmamverdiyev, Rəhman Hacıyev, Tural Axundov və Şəhriyar Əliyev komandaya cəlb olunub.

Tərlan Əhmədovun əlindəki siyahıda daha bir neçə əcnəbinin adı var ki, hazırda onların Bakıya gəlməsi üçün işlər görülür.

Sportinfo.az xəbər verir ki, ən vacib tapşırıq Sezar Meza Kollinin məsələsini yoluna qoymaqdır. Ötən mövsüm icarə əsasında “qırmızılar”ın uğurları üçün tər tökən və oyunu ilə komanda üçün nə dərəcədə önəmli fiqur olduğunu göstərən paraqvaylı yarımmüdafiəçi Rumıniya “Universitatya”sına məxsusdur.

“Keşlə” “10 nömrə”nin xidmətindən yararlanmaq üçün həm Sezarın müqavilə ilə məxsus olduğu klubun, həm də səbəbkarın razılığını almalıdır. Bu yöndə xeyli vaxtdı danışıqlar aparılsa da, yekun nəticə hasil olmayıb.

Meza Kollinin özü isə bir müddət öncə Paraqvaya yollanıb və hələ də oradadır. Klubdan verilən məlumata görə, qeyri-adi hal yaşanmasa, o, ayın sonunda düşərgədə olacaq.

Digər Xəbərlər
Xəbər Lenti