“Keşlə” yenə “yol ölçür“

24 İyul 2020 13:54 Şamaxı 1 002
“Keşlə” yenə “yol ölçür“

“Keşlə” ölkəmizin qalan üç avrokubok təmsilçisindən fərqli hazırlıq üçün Qəbələni yox, Şamaxını seçdi ki, komanda hazırda da orda məşq edir.

Bildiyiniz kimi, iyulun 20-də başa çatması nəzərdə tutulan karantin rejimi daha iki həftə uzadıldı. Belə vəziyyətdə “Keşlə”lilərin nə edəcəyi maraq doğurur.

Sportinfo.az xəbər verir ki, artıq növbəti planlar hazırdır. Deməli, bu gün Şamaxı hazırlığını tamamlayacaq bakılılar axşam saatlarında Bakıya qayıdacaq. Komanda üzvlərinə ikigünlük istirahət imkanı yaradılacaq.

İyulun 27-si səhər saatlarında “qırmızılar” toplanışın ikinci mərhələsi üçün Qəbələyə yollanacaq. “Keşlə” kurort bölgəsində də yoldaşlıq görüşləri keçirməyi planlaşdırır. Qəbələ toplanışı avqustun 6-da başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!