Hara gedirsən get, Azərbaycana getmə – MƏSƏLƏ QƏLİZLƏŞDİ

23 İyul 2020 10:52 Şamaxı 1 734
Hara gedirsən get, Azərbaycana getmə – MƏSƏLƏ QƏLİZLƏŞDİ

“Universitatya” AFFA-nın milliləşdirməyə başladığı Sezar Meza Kollini icarəyə verməyə hazırlaşır.

Sportinfo.az-ın məlumatına görə, Rumıniya klubu ilə paraqvaylı legioner arasında danışıqlar bu cür nəticələnib.

Krayova təmsilçisi müqaviləsi gələn yay bitəcək yarımmüdafiəçiyə bir neçə variant təklif edib. O, seçim etməlidir: ya Rumıniyada, ya ərəb ölkələrinin birində, ya da Yunanıstan və Kiprdə karyerasını davam etdirə bilər.

Düzdür, «Keşlə»nin baş məşqçisi Tərlan Əhmədov cənubi amerikalı legionerin sabah Azərbaycana gələcəyini açıqlayıb, ancaq son məlumata görə, bu, hələ də həll olunmamış məsələdir.

“Universitatya” bakılılıarıın şərtlərini məqbul hesab eləmir. Axı sabiq «bankirlər» istədikləri məbləği onlara ödəmir. Bunun reallaşması üçün Sezar öz cibindən məxsus olduğu klubun tələb etdiyi vəsaiti ödəməlidir.

Digər Xəbərlər
Xəbər Lenti