"Qarabağ"dan "Milan"a transfer ona düşərli oldu

14 İyul 2020 22:40 Şamaxı 1 299
"Qarabağ"dan "Milan"a transfer ona düşərli oldu

"Keşlə"nin futbolçusu Stanislav Namaşko Azərbaycanda Premyer Liqasında rekord müəyyənləşdirib.

Sportinfo.az xəbər verir ki, mövsüm ərzində 7 oyunda qapısını toxunulmaz saxlamağı bacaran moldovalı qapıçı əcnəbi qolkiperlər arasında ən yaxşı göstəriciyə imza atıb.

İkinci pillədə mövsümün ilk hissəsini icarə əsasında "Qarabağ"da keçirən İngiltərə "Bornmut"una məxsus Asmir Beqoviç qərarlaşıb. Hazırda İtaliyanın "Milan" klubunun formasını geyinən bosniya və herseqovinalı qapıçı Azərbaycan çempionatında 6 qarşılaşmada qapısında qol görməyib.

"Dördlüy"ün digər iki üzvü isə "Sabah"dan Saşa Stamenkoviç və "Səbail"dən Aleksandr Rıbkadır. Serbiyalı və ukraynalı qolkiperlərin aktivində 3 "quru oyun" var.

Azərbaycan Premyer Liqası koronavirus pandemiyası səbəbindən vaxtından əvvəl başa çatdırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!