"Keşlə"ni yoxladılar, sonra… YOLA SALDILAR

13 İyul 2020 16:28 Şamaxı 936
"Keşlə"ni yoxladılar, sonra… YOLA SALDILAR

Azərbaycanı 2020/2021 mövsümündə Avropa Liqasında təmsil edəcək "Keşlə" Bakını tərk edib.

Sportinfo.az xəbər verir ki, dünən koronavirus testindən keçən komanda üzvlərindən heç birində infeksiya aşkarlanmayıb.

Tərlan Əhmədovun başçılıq etdiyi kollektiv bu gün səhər saatlarında təlim-məşq toplanışı üçün Şamaxıya yola düşüb. Komanda tam heyətlə sözügedən bölgəyə yollanıb.

Şamaxı Olimpiya Kompleksində məskunlaşan kollektiv məşqlərini də orada edəcək. Paytaxt təmsilçisinin toplanış müddətində yoxlama oyunları keçirəcəyi gözlənilir.

"Keşlə" koronavirus pandemiyası səbəbindən vaxtından əvvəl dayandırılan Premyer Liqanı 3-cü pillədə başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti