Tərlan Əhimədov istədiyi hücumçuları ala bilməyəndən sonra…

13 İyul 2020 10:52 Şamaxı 817
Tərlan Əhimədov istədiyi hücumçuları ala bilməyəndən sonra…

“Keşlə” anqolalı hücumçu Aleksandr Kristovao ilə müqavilə müddətini yenilədi.

Müqavilənin şərtlərinə əsasən, o, növbəti mövsümün sonunadək komandamızın şərəfini qoruyacaq.

Klub afrikalı forvardla yenilədiyi kontraktın şərtlərini açıqlamayıb. Həmçinin Tərlan Əhmədovun xidmətindən imtina etdiyi halda geri qaytarılmasının səbəbi izah olunmayıb.

Kristovao rəhbərliyin istəyi ilə burada saxlanılıb. Baş məşqçi nişan verdiyi hücumçuların heç birini «Keşlə»yə qazandıra bilməyib.

Anqolalı əvvəlki şərtlərlə müqaviləsini uzatmayıb. Maaşı bir qədər aşağı salınıb. Sadəcə, önümüzdəki aylarda özünü göstərə bilsə, əlavə bonuslar qazanacaq.

Buna qədər Vüsal İsgəndərli, Ruslan Əmircanov, Tərlan Quliyev, Azər Salahlı, Con Kamara, Miyusko Boyoviç, Stanislav Namaşko, Rəşad Əzizli və İlkin Qırtımovla müqavilə müddəti artırılıb, Tural Axundov, Şəhriyar Əliyev, Cavid İmamverdiyev və Rəhman Hacıyev isə transfer olunub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti