"Neftçi”dən gedənə hər ay 10 min manat verirlər

10 İyul 2020 18:34 Şamaxı 1 888
"Neftçi”dən gedənə hər ay 10 min manat verirlər

"Neftçi” bir neçə gün əvvəl Rəhman Hacıyevlə müqavilənin müddətini uzadıb.

26 yaşlı yarımmüdafiəçi ilə gələn mövsümün sonunda bitməli olan anlaşma daha 1 illiyə artırılıb.

O, "Neftçi”də keçirdiyi 6 mövsüm ərzində 166 oyunda meydana çıxıb, 16 qola imza atıb. Hacıyev gələn mövsümün sonunadək "Keşlə”yə icarəyə verilib.

Sportinfo.az-ın məlumatına görə, Rəhman bu keçiddən pul itirməyib. Əvvəlki maalşının 10 minini "Keşlə”dən alacaq. Qalan məbləği isə məxsus olduğu klub ödəyəcək.

Digər Xəbərlər
Xəbər Lenti