"Məndən mal götürənlərin hamısı razıdır" - Futbolu yarıdıb, indi də keçib biznesə

9 İyul 2020 23:40 Şamaxı 1 216
"Məndən mal götürənlərin hamısı razıdır" - Futbolu yarıdıb, indi də keçib biznesə

Azərbaycan yığmasının və "Keşlə"nin sabiq hücumçusu Ruslan Qurbanov biznesə idman geyimlərinin satışından başlayıb və elektron kommersiya ilə məşğul olub.

Spoirtinfo.az xəbər verir ki, bu barədə futbolçu "Instagram" səhifəsində yazıb.

Qurbanov qeyd edib ki, hazırda azad agentdir, yəni hər-hansı klubla müqavilə öhdəliyi yoxdur.

Futbolçunun Bakı klubu ilə müqaviləsi hazırkı mövsümdə başa çatıb və uzadılmayıb. Hazırda Qurbanov fərdi məşq və kitab oxumaqla yanaşı, idman geyimlərinin satışı ilə də məşğul olur.

"Onlayn əşyalar satıram, hamısı orijinalın eynisidir. Hazırda müştərilərimin sayı çox deyil, amma məndən mal götürənlərin hamısı razıdır. Gələcəkdə öz mağazamı açmağı planlaşdırıram", - deyə Qurbanov yazıb.

Paytaxt klubu ilə müqaviləsi başa çatdıqdan sonra Azərbaycan yığmasının sabiq oyunçusu yalnız futbolda özünü göstərmək istəmir.

"Vaxtımı itirmirəm və yalnız futbolda deyil, digər sahələrdə də inkişaf etmək istəyirəm. Bilirəm ki, çətin olacaq və çox səy göstərmək lazımdır, amma necə deyərlər, əmək sərf etmədən hovuzdakı balığı belə tuta bilməzsən", - deyə idmançı əlavə edib.

Qurbanov ötən mövsüm başlamazdan əvvəl "Keşlə"yə keçib, bundan əvvəl isə "Səbail" (2018-19) və "Qəbələ" (2016-18) klublarının rənglərini müdafiə edib.

Digər Xəbərlər
Xəbər Lenti