Azərbaycanda qalmaq üçün klubunu dilə tutacaq

9 İyul 2020 12:58 Şamaxı 1 512
Azərbaycanda qalmaq üçün klubunu dilə tutacaq

Azərbaycanda bir neçə klubun transfer siyahısında yer alan Sezar Meza Kolli hazırda Paraqvaydadır.

Bir müddət əvvəl ölkəsinə yollanan yarımmüdafiəçinin gələn sezonda “Keşlə“nin formasını geyinib-geyinməyəcəyi hələ bilinmir.

Düzdür, Premyer Liqanın bürünc medalçısı cənubi amerikalının xidmətində maraqlıdır, lakin bu izdivac “Universitatea Krayova”dan asılıdır. Onun Rumıniya klubu ilə sözləşməsi gələn ilin yayında başa çatacaq.

“Universitatea Krayova” Sezarı bu dəfə də icarəyə vermək istəmir, məqsədləri onu birdəfəlik satmaqdır. Paraqvaylı legioner yaxın günləirdə Rumıniyaya yollanacaq və məxsus olduğu klubun rəsmiləri ilə üzbəüz söhbət edəcək.

Ona görə istənilən məbləği aşağı salmaq üçün. Krayova təmsilçisi futbolçusuna görə 100 min avronun üstündə təzminat tələb edir. “Keşlə” bu məbləğin yalnız yarısını vermək gücündədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!