Klubsuz qalan millimizin futbolçusu alverə girişdi

8 İyul 2020 16:00 Şamaxı 1 625
Klubsuz qalan millimizin futbolçusu alverə girişdi

Cari mövsümün sonunda "Keşlə"dən ayrılan Ruslan Qurbanov özünə yeni iş qurub.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı milliləşmiş futbolçu onlayn bizneslə məşğul olur.

Bununla bağlı o, şəxsi "Instagram" səhifəsində paylaşım edib. Azərbaycan millisinin sabiq hücumçusu bildirib ki, idman mallarının onlayn satışını həyata keçirir: "Hazırda müştərilərim çox deyil, amma mal alanların əksəriyyəti məmnundur. Gələcəkdə mağaza açmağı planlaşdırıram".

Hazırda azad agent olan futbolçu digər sahələrdə də özünü inkişaf etdirir: "Bilirəm ki, çətin olacaq, bunun üçün çox güc sərf etməliyəm. Amma necə deyərlər, əziyyətsiz göldən balıq belə, tuta bilməzsən"

Digər Xəbərlər
Xəbər Lenti