Yığmamızın futbolçusu 2000 manata görə müqavilə bağlamadı

30 İyun 2020 12:44 Şamaxı 1 193
Yığmamızın futbolçusu 2000 manata görə müqavilə bağlamadı

Ötən mövsüm «Dauqavpils»dən «Keşlə»yə üz tutan Tural Bayramlının buradan ayrılması gözlənilməz oldu.

Bu sezon 22 oyunda 2 qol vurub, 2 assist edən yarımmüdafiəçi əsas heyət üzvü sayılırdı.

Gənclər yığmasının da formasını geyinmiş futbolçu haqda Tərlan Əhmədov ağızdolusu danışırdı. Düşünmək olardı ki, «Keşlə» Latviya klubundan gələn «Sumqayıt»ın yetirməsi ilə bundan sonra uzunmüddətli müqavilə imzalayacaq.

Demə, tərəflər maliyyə şərtlərində razılığa gələ bilməyib. O, paytaxt təmsilçisindən həmişəkindən 2000 artıq, yəni, 5000 manat maaş istəyib. 22 yaşlı oyunçunun son tələbi klub rəhbərliyinin gözünə çox görünüb və ona «yox» deyilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti