Tərlan Əhmədov kimi baş məşqçisinin olmasından utandı, getdi

25 İyun 2020 17:56 Şamaxı 1 736
Tərlan Əhmədov kimi baş məşqçisinin olmasından utandı, getdi

Ruslan Qurbanov, Slavik Alxasov və Cabir Əmirlidən sonra daha bir futbolçu «Keşlə» ilə yollarını ayırıb.

Sportinfo.az-ın məlumatına görə, Franko Flores klubla yeni müqavilə imzalamayıb.

Argentinalı legioner bu qərarı Tərlan Əhmədova görə verib. Belə ki, o, rəsmilərlə söhbətində baş məşqçinin qeyri-peşəkar davranışından bir neçə misal çəkib, bu cür demək olarsa, Əhmədovun rəhbərliyi altında oynamaqdan utandığını ifadə edib.

İlk peşəkar klubu "Argentinos Juniors" olan müdafiəçi karyerası ərzində İspaniya, Meksika və Kiprdə legioner həyatı yaşayıb. Bura gələnə kimi son mövsümü Kipr "Alki"sində keçirən 27 yaşlı ucaboy futbolçu 28 matçda iştirak edib, 2 qola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti