"Neftçi"dən gedən: "Təklif gələn kimi məmnuniyyətlə qəbul etdim"

25 İyun 2020 16:28 Şamaxı 875
"Neftçi"dən gedən: "Təklif gələn kimi məmnuniyyətlə qəbul etdim"

"Keşlə"nin yeni transferi Tural Axundov klubun rəsmi saytına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, müdafiəçi növbəti mövsüm üçün hədəflərini açıqlayıb:

“Keşlə”dən təklif gələn kimi məmnuniyyətlə qəbul etdim. Bu keçid baş tutduğu üçün çox şadam. Yeni klubda oynamaq, Avropa Liqasında iştirak etmək bir sınaqdır və özümü yaxşı tərəfdən göstərməyə çalışacam.

“Keşlə” medallar uğrunda mübarizə aparır və inanıram ki, növbəti mövsüm də uğurlu çıxışımızı davam etdirəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti