Şəhriyar Əliyev "Keşlə"də - rəsmi açıqlandı

24 İyun 2020 21:20 Şamaxı 958
Şəhriyar Əliyev "Keşlə"də - rəsmi açıqlandı

"Sumqayıt"ın müdafiəçisi Şəhriyar Əliyevin "Keşlə"yə keçəcəyini öncədən yazmışdıq. https://www.sportinfo.az/idman_xeberleri/kesle/86794.html

Sportinfo.az xəbər verir ki, artıq bu transfer barədə "Keşlə"nin mətbuat xidməti rəsmi xəbər yayıb. Xəbərdə bildirilir ki, Bakı təmsilçisi Şəhriyar Əliyevi heyətinə cəlb edib. 27 yaşlı müdafiəçinin yeni mövsümdən etibarən komandanın şərəfini qoruyacağı bildirilib. Lakin müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, "Bakı", "Qarabağ" və "Kəpəz"də oynamış futbolçunun son klubu "Sumqayıt" olub.

Xatırladaq ki, "Keşlə" bundan əvvəl "Neftçi"dən ayrılan Tural Axundovu da transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti