Tərlan Əhmədov bu əmrə boyun əydi

24 İyun 2020 18:20 Şamaxı 1 004
Tərlan Əhmədov bu əmrə boyun əydi

Avropa Liqasında iştirak edəcək “Keşlə” 5 futbolçusu ilə müqaviləni yeniləyib.

Premyer Liqanın bürünc mükafatçısı Miyuşko Boyoviç, Ruslan Əmircanov, Tərlan Quliyev, Azər Salahlı və Vüsal İsgəndərlini heyətində saxlayıb.

Onların hamısı ilə bir illik müqavilə imzalanıb. Bunadək iki üzvü – Slavik Alxasov və Cabir Əmirli ilə vidalaşan “Keşlə”nin müqaviləni uzatdığı futbolçularla bağlı seçimi maraq doğurur. Düzdür, Vüsal 20 turun hamısında meydana çıxıb və 4 qol vurub.

Digər oyunçular isə baş məşqçi Tərlan Əhmədova o qədər də lazım olmayıb. Tərlan 7, Azər 5 çempionat görüşündə şans qazanıbsa, Ruslan mövsümü ehtiyatda keçirib. Boyoviçə gəlincə, 32 yaşlı monteneqrolu mərkəz müdafiəçisi əsas heyət üzvüdür.

Tərlan Əhmədov «qara siyahı»sında yer alan Ruslan, Tərlan və Azəri birbaşa rəhbərliyin göstərişi ilə düşərgədə saxlamalı olub.

Bu qərar onun iradəsinin ziddinə verilib. İşsiz qalmamaq üçün «yuxarı»nın hər birinə qeyd-şərtsiz boyun əyən çalışdırıcı, maraqlıdır ki, danışıqlar prosesində şəxsən iştirak edir.

Yəni ki, idarəçilər futbolçularla görüşmələrə birbaşa qatılmır, onu irəli verir. Bunun əsas səbəbi maliyyə şərtlərinin dəyişməsi, daha doğrusu, zəifləməsidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti