"Mənə dedilər ki, büdcə azalır, aşağı pul təklif etdilər, razılaşmadım"

21 İyun 2020 17:00 Şamaxı 1 455
"Mənə dedilər ki, büdcə azalır, aşağı pul təklif etdilər, razılaşmadım"

"Mən artıq "Keşlə"nin futbolçusu deyiləm. Müqaviləm bitdi, yenisini bağlamadıq".

Bu sözləri Sportinfo.az-a açıqlamsında "Keşlə"dən ayrılan Slavik Alxasov deyib.

Kapitan ayrılığın maddiyatla bağlı olduğunu bildirib: "Yeni müqavilədə anlaşmadıq. Mənə dedilər ki, büdcə azalır. Hazırkı müqaviləmdən daha az pul təklif edildi. Mən də razılaşmadım.

Başqa tərəfini bilmirəm, nədir. Amma mənə belə deyildi. Bildirdilər ki, yaxşı təklifin varsa, dəyərləndirə bilərsən. Mən də dedim, heç bir problem yoxdur. Normal qaydada sagollaşdıq və ayrıldıq".

"Sabah"la 2 illik anlaşması barədə heç nə deməyən müdafiəçi uzun müddət "Keşlə"də çıxış etməsindən və burada klubda keçirdiyi günlərdən söz açıb:

"Komanda rəhbərliyi və məşqçilər heyəti ilə halallaşıb ayrıldım. Yaxşı münasibətlə ayrıldıq. "Keşlə"yə öz təşəkkürümü bildirirəm. 4 il bu komandada çıxış etmişəm.

Kapitan sarğısını daşımışam. Bu müddətdə çox işlər gördük. Bir dəfə ölkə kubokuna sahib olduq. İki dəfə üçüncü yeri tutduq. Son mövsümdə də məqsədimiz avrokuboklara vəsiqə qazanmaq idi. Buna da nail olduq.

Yaxşı xatirələrlə ayrıldım. Avropa Liqasında komandaya uğurlar arzulayıram. Hazırda azad agent statusu daşıyıram. İstənilən komanda ilə danışa bilərəm. Yaxın günlərdə yeni komandam məlum olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!