Kapitan Bakı klubu ilə anlaşa bilmədi, ayrıldı – SON DƏQİQƏ

21 İyun 2020 15:00 Şamaxı 870
Kapitan Bakı klubu ilə anlaşa bilmədi, ayrıldı – SON DƏQİQƏ

"Keşlə"də "yarpaq tökümü" başlayıb.

Dünən Cabir Əmirlini "Neftçi"yə buraxan paytaxt təmsilçisi bu gün daha bir önəmli ismini itirib.

Sportinfo.az-ın məlumatına görə, Slavmk Alxasov Premyer Liqanın bürünc medalçısı ilə yollarını ayırb.

Kapitan yeni müqavilə şərtlərində razılıq əldə etmədiyi üçün "Keşlə"dən gedib. Əslində, bunu gözləmək olardı. Cinah müdafiəçisi bir neçə gün əvvəl komandasını dəyişə biləcəyinə işarə vurmuqdu:

"Çempionatın ləğvi gözlənilsə də, dəqiq qərar deyildi. Düşürəm ki, mövsümü ləğv etmək ən düzgün addımdır, çünki bütün yük futbolçuların üzərinə düşəcəkdi.

Oyunlar başlasaydı, zədələr də çox olacaqdı. Qərar oyunçuların sağlamlığı baxımından çox doğrudur. Bütün komandalar istəyir ki, mövsümün axırında medal qazansın, avrokuboklara düşsün. Bu dəfə isə qərar belə oldu, biz icra etməliyik.

Növbəti mövsüm hansı komandada olacağımı bilmirəm. Müqavilə ilə əlaqədar hələ "Keşlə" rəhbərliyi ilə danışmamışam. Böyük ehtimalla, yaxın vaxtlarda bu barədə danışıq olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"