Hücumçu Bakı klubu ilə yollarını ayırdı - FOTO

13 İyun 2020 13:54 Şamaxı 704
Hücumçu Bakı klubu ilə yollarını ayırdı - FOTO

"Keşlə"ni tərk edən ilk futbolçunun adı məlum olub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Qurbanov paytaxt təmsilçisi ilə yollarını ayırıb.

29 yaşlı forvard bu barədə şəxsi "Facebook" səhifəsində paylaşım edib. Artıq "Keşlə"nin futbolçusu olmadığını yazan Qurbanov komandaya təşəkkürünü bildirib və uğurlar arzulayıb.

Ruslan Qurbanov cari mövsümün əvvəlində "Keşlə"yə keçmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!