Qurbanov ilə müqavilənin müddətini uzatmadılar

12 İyun 2020 10:52 Şamaxı 1 034
Qurbanov ilə müqavilənin müddətini uzatmadılar

«Keşlə» ilə müqaviləsini yeniləməyən daha bir futbolçunun kimliyi məlum olub.

Sportinfo.az-ın məlumatına görə, Ruslan Qurbanov gələn mövsümü paytaxt klubunda keçirməyəcək.

Millinin keçmiş hücumçusu Azərbaycanda özünə başqa komanda tapa biləcəyini güman etmədiyindən, Rusiya və Gürcüstanda axtarışa çıxıb.

Ondan öncə Lorenso Frutos, Franko Flores və Aleksandr Kristovao paytaxt klubundan ayrılmaq istədiyini bildirib.

Bu ilin əvvəlində Azərbaycana gələn atan anqolalı hücumçunun 5 aylıq müqavilə müddəti bitmək üzrədir. «Keşlə» əksər əksər futbolçularından fərqli olaraq, afrikalı forvarda 1 illik yeni sözləşmə təklif etməyib.

Ondan 2 aylıq sənədə qol çəkməsi istənilib. Bu isə Azərbaycanda qol hesabını aça bilməyən Kristovaonun xoşuna gəlməyib və təkliflə razılaşmayıb..

Digər Xəbərlər
Xəbər Lenti