Quşpərəst Tərlan Əhmədovun "madam papuqay"ı - MARAQLI FOTO

27 May 2020 15:46 Şamaxı 1 292
Quşpərəst Tərlan Əhmədovun "madam papuqay"ı - MARAQLI FOTO

«Keşlə»nin baş məşqçisi Tərlan Əhmədov dostlarını təəccübləndirib.

O, «Whatsapp» profilində başında əyləşmiş papuqayla şəklini yerləşdirib.

Bu, onu tanımayan şəxslərə bir qədər qəribə görünə bilər. Amma Əhmədova az-çox bələd olanlara məlumdur ki, o, quş həvəskarıdır.

Paytaxt klubunun çalışdırıcısı uzun illərdir ki, müxtəlif quşlar bəsləyir. Onlar Tərlan bəyin gündəlik həyatının ayrılmaz parçasıdır.

Təcrübəli mütəxəssis hətta gərgin iş rejimində də sevimli quşlarını da yaddan çıxarmır. Hətta oyunlar və xaricdə keçirilən təlim-məşq toplanışları zamanı onurğalılar yarımtipinə aid heyvan sinfinin nümayəndələrini özüylə səfərlərə aparır...

Əhmədov onları əldə etmək üçün kifayət qədər xərc töküb. Axı o, ümumiyyətlə, quşlardan ötrü hədsiz səxavətlidir.

Adətən, quşlar uçmaq qabiliyyətləri ilə xarakterizə olunsa da, Əhmədovun maraq dairəsində pinqvin, dəvəquşu və s. kimi uça bilməyən quşlar da var.

Şəkildə gördüyünüz papuqayı isə Tərlan bəy artıq əhilləşdirib. «Keşlə»nin baş məşqçisinin başında əyləşdirdiyi quş sözdən anlayır, sahibinin «qalx», «otur», «məni səslə» kimi çoxsaylı göstərişlərini yerinə yetirir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti