“Azərbaycana dönməyə hər an hazıram"

15 May 2020 09:28 Şamaxı 608
“Azərbaycana dönməyə hər an hazıram"

“Keşlə”nin qapıçısı Stanislav Namaşko Azərbaycana qayıtmaq istəyir.

Sportinfo.az xəbər verir ki, bunu 34 yaşlı qolkiper özü deyib.

Moldova Futbol Federasiyasının rəsmi saytına danışan milli komandanın üzvü Bakıya dönmək üçün rəsmi müraciət etdiyini söyləyib:

“Azərbaycana dönməyə və komandama qoşulmağa hər an hazıram. Azərbaycanın Kişinyovdakı səfirliyi ilə əlaqə saxladım, sənədlərin hamısını hazırladım. İndi Bakıya çarter reysinin təşkilini gözləyirəm”.

Ailəsi ilə birlikdə Tiraspolda olan veteran qapıçı gündəlik məşqlərini etdiyini də vurğulayıb: “Həyat yoldaşım və övladlarımla Tiraspoldayam. Hər axşam komanda ilə onlayn məşqlər edirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda