Azərbaycan futbolunda yeni ŞOK OLAY "Keşlə"də baş verdi!

11 Mart 18:08 Keşlə 1 833
Azərbaycan futbolunda yeni ŞOK OLAY "Keşlə"də baş verdi!

«Keşlə»dən son dəqiqə xəbəri var…

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, klubda yeni araşdırma başlayıb.

Buna göstərişi Müşahidə Şurasının sədri Zaur Axundov verib. Belə ki, Tərlan Əhmədovun məşqçilər korpusunun üzvlərindən və bəzi futbolçulardan pul toplaması barədə ona xəbər verilib.

Baş məşqçinin udulan oyunların mükafatın bir hissəsini onlardan geri almasını eşidən hörmətli Zaur bəy bundan şoka düşüb.

Sədrə məlumat çatıb ki, Əhmədov pulu hakimlərin adıyla yığır. Guya, toplanan vəsait onlara çatacaq.

«Keşlə»nin adının bu kimi şeylərdə hallanmasının qəti əleyhdarı olan Axundov məsələnin qısa zamanda araşdırlmasını və əsl həqiqətin üzə çıxarılmasını tapşırıb.

Onu deyək ki, bu, Tərlan Əhmədovun birinci əməli deyil. Yəqin ki, sonuncu da olmayacaq. O, pul yığmağa öyrəşib. İstər AZAL-ın kapitanı, istərsə də baş məşqçisi olanda.

«Neftçi»ni çalışdırdığı dönəmdə də belə qalmaqallı hərəkətləriylə yadda qalıb. Bunun üçün 2018-ci ilin əvvəlini yada salmaq kifayətdir.

Onun göstərişiylə komanda daxilində «qara büdcə» formalaşdırılmışdı, sonda isə baş inzibatçı Pərviz Əhmədov Tərlan Əhmədovun badına getdi.

Kluba yeni gələn prezident Kamran Quliyev «qara büdcə»nin üzərinə düşdü və axırına çıxdı, amma P.Əhmədov da işini itirdi.

Çünki Tərlan Əhmədov sonda hər şeyi onun üzərinə yıxdı, özünün heç nədən xəbəri olmadığını iddia etdi.

İndi də «Keşlə»də belə…Adam düzəlmir ki, düzəlmir!

Xəbər Lenti