ŞÜBHƏLİ DANIŞDI: "Mən heç nə bilmirəm, AFFA bilir"

23 Fevral 2020 09:40 Şamaxı 870
ŞÜBHƏLİ DANIŞDI: "Mən heç nə bilmirəm, AFFA bilir"

Sportinfo.az xəbər verir ki, "Keşlə"nin paraqvaylı legioneri Sezar Meza Kolli Azərbaycan Premyer Liqasının 18-ci turunda "Zirə"yə 4:0 hesabı ilə qalib gəldikləri matç haqda sualları cavablandırıb

- Çətin oyun idi. 1 həftə ərzində yaxşı məşq etdik. Əlimizdən gələni etdik.

- "Zirə" keçən tur "Qarabağ"a 0:6 hesabı ilə uduzmuşdu. Hiss olunurdu ki, psixoloji olaraq özlərində deyillər?

- Onların hansı formada olduğu bizim üçün maraqlı deyildi. Çünki biz öz oyunumuza diqqət edirik. Əsas odur, qalib gəldik.

- Azərbaycan milli komandasından necə təklif gəldi? Özünüz müraciət etdiniz, yoxsa federasiyadan təklif etdilər?

- Hələ heç nə baş verməyib. Baxacağıq. Mən indi yalnız "Keşlə"də məşq edirəm.

- Azərbaycan pasportu almamısınız?

- Xeyr, hələ heç nə yoxdur. Mən Azərbaycanda çox xoşbəxtəm. Məsələnin necə bitəcəyini hələ bilmirəm.

- Bəs, bu məsələ nə vaxt konkretləşəcək.

- Mən bu barədə heç nə bilmirəm. Yalnız AFFA bilir.

- Özünüzün Azərbaycan millisində çıxış etmək üçün istəyiniz varmı?

- Mənimçün şərəf olardı. Çünki uzun müddətdir buradayam. Azərbaycanda özümü yaxşı hiss edirəm.

- Azərbaycan yığması o qədər də güclü deyil. Özünüzü bu millidə təsəvvür edirsinizmi, köməyiniz dəyə bilərmi?

- Əlimdən gələnin ən yaxşısını edərəm. Millinin yeni baş məşqçisi təyin olunsun, o, daha yaxşı biləcək. Oynayıb-oynamayacağıma kim qərar verəcək, bunu deyə bilmərəm. Mən hazırda ancaq məşqlərimi edirəm.

Digər Xəbərlər
Xəbər Lenti