"Səbail" "Keşlə"ni evə dönməyə peşman etdi - VİDEO

7 Fevral 2020 23:50 Şamaxı 746
"Səbail" "Keşlə"ni evə dönməyə peşman etdi - VİDEO

Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, günün son görüşündə "Keşlə "ASK Arena"da "Səbail"lə qarşılaşıb. Bu mövsüm ilk dəfə rəqibini "ASK Arena"da qəbul edən Tərlan Əhmədovun komandasının doğma meydana qayıdışı uğursuz alınıb - 0:1.

Ilk hissəsi qolsuz başa çatan matçda hesab ikinci yarıda açılıb. 51-ci dəqiqədə qonaqların yeni transferi Hendrik Ekşteyn penalti zərbəsini dəqiq yerinə yetirərək komandasını hesabda irəli çıxarıb

. 87-ci dəqiqədə meydan sahiblərinin heyətində Şohruh Qadoyev fərqlənsə də, topu əli ilə qəbul etdiyi üçün qol qeydə alınmayıb və görüş "Səbail"in minimal hesablı qələbəsi ilə başa çatıb.

Bu qalibiyyətdən sonra xal ehtiyatını 26-ya çatdıran "Səbail" sonuncu - 8-ci pilləni tərk edərək "Qəbələ"ni qabaqlayıb. "Keşlə" isə 26 xalla 2-ci sıradakı mövqeyini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti