"Keşlə" uduzdu, Əhmədov tələb etdi və gördüyünü gördü

23 Yanvar 2020 00:28 Şamaxı 791
"Keşlə" uduzdu, Əhmədov tələb etdi və gördüyünü gördü

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Türkiyənin Antalya şəhərində davam edən təlim-məşq toplanışı çərçivəsində “Arsenal”a (Tula) qarşı keçirdikləri yoxlama matçından sonra fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, komandasının 1:2 hesablı məğlubiyyətini belə şərh edib:

“Komandamın bu gün sərgilədiyi oyun məni sevindirdi. Məğlubiyyət üzücü olsa da, hesaba o qədər də önəm verməmək lazımdı. Ötən qarşılaşmadan fərqli olaraq, bu gün daha hərəkətli idik.

Uduzmağımıza baxmayaraq, futbolçulardan tələb etdiyim oyunu meydanda gördüm. İkinci hissənin gedişində əsas heyətin çox hissəsini dəyişdik və bu, tempin azalmasına gətirib çıxardı. Lakin bu, hazırlıq matçıdı və belə halları normal qarşılamaq lazımdı.

İndiki mərhələdə əsas məqsədimiz komandamızın oyununu təkmilləşdirməkdi. Mövsümün ikinci yarısının ilk matçına qədər buraxdığımız səhvlər üzərində çalışmalıyıq və onları aradan qaldırmalıyıq.

İki gün sonra Slovakiyanın “Zemplin” komandasına qarşı matçımız var və inanıram ki, daha nizamlı, sürətli və diqqətli oynayacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!