"Xarici menecerlər yazmışdı, "yox" dedim" - MİLLİMİZİN ÜZVÜ

22 Yanvar 2020 15:10 Şamaxı 1 037
"Xarici menecerlər yazmışdı, "yox" dedim" - MİLLİMİZİN ÜZVÜ

"Toplanış yaxşı gedir. Hamı həvəslə məşq edir. Bir yoxlama oyunu keçirib, məğlub olmuşuq. Amma deyərdim ki, həmin matçda pis oynamadıq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Keşlə"nin yarımmüdafiəçisi Vüsal İsgəndərli deyib. Antalyada davam edən təlim-məşq toplanışını dəyərləndirən futbolçu Tula "Arsenal"ı ilə bu gün keçirəcəkləri yoxlama matçı haqda da fikilərini bölüşüb:

"Bu gün daha bir yoldaşlıq oyunumuz var. Belə matçlarda hesab yox, daha çox göstərdiyimiz oyun önəmlidir. Ancaq biz də məğlub olmaq istəmərik. Hər qələbə bir motivasiyadır. Məncə, bu gün komanda daha yaxşı oynayacaq".

Bir müddət öncə mətbuata açıqlamasında ölkə xaricindən təkliflər aldığını söyləyən Vüsal "Keşlə"də qalmasının səbəbini də açıqlayıb: "Həm yerli klubdan, həm də ölkə xaricindən təkliflərim var idi. Xarici menecerlər yazmışdı ki, bu ölkələrdən səni istəyən klublar var, getmək istəyərsən. Mən isə baş məşqçi və Zaur müəllimlə danışdıqdan sonra onlara "yox" dedim.

Hər bir futbolçu istəyər ki, Azərbaycanı xaricdə təmsil etsin. Mən də əvvəlcə getmək istəyirdim. Sonra Tərlan Əhmədovla söhbətimizdə mənə bir az da səbir etməyimi, daha çoxm oynamalı olduğumu bildirdi. Bundan sonra yaxşı təklif gələrsə, özü də mənim ölkə xaricində oynamağımın tərəfdarı olduğunu söylədi".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu