“Keşlə”dən 6000 dollar alıb…

22 Yanvar 2020 15:52 Şamaxı 1 129
“Keşlə”dən 6000 dollar alıb…

“Keşlə”nin heyətinə yenicə qatdığı Aleksandr Kristovaonun qiyməti müəyyənləşib.

Sportinfo.az-ın məlumatına görə, paytaxt təmsilçisi anqolalı hücumçuya hər ay 6000 dollar ödəyəcək.

Mövsümünün sonuna qədər müqavilə bağlayan 26 yaşlı futbolçu karyerasına Niderlandda - “Qroningen”də başlayıb. Anqola yığmasında 5 oyun keçirən və 1 qol vuran Kristovaonun son klubu Səudiyyə Ərəbistanda “Əl-Moyzel” olub.

”Keşlə” ondan əvvəl Şohruh Qadoyevlə münasibətlərini rəsmiləşdirib. "Bunyodkor"dan gələn özbəkistanlı yarımmüdafiəçinin aylıq əməkhaqqı isə 10 min dollar təşkil edir.

Digər Xəbərlər
Xəbər Lenti