Vüsal İsgəndərli: "Bunu ailəm görüb nə hala düşür, bilirsiz?"

22 Yanvar 2020 13:04 Şamaxı 1 086
Vüsal İsgəndərli: "Bunu ailəm görüb nə hala düşür, bilirsiz?"

"Keşlə"nin yarımmüdafiəçisi Vüsal İsgəndərli komanda yoldaşlarından biri ilə dalaşdığına görə paytaxt klubundan qovulacağı haqda mətbuatda çıxan xəbərə münasibət bildirib.

Futbolçu Sportinfo.az-a açıqlamasında məlumatı təkzib edib. O, belə bir hadisənin baş vermədiyini söyləyib:

"Bilmirəm, bu xəbəri kim deyib. Dünəndən mənə çox adam yazır. Hamısına da cavab verirəm, başa salıram ki, sadəcə, zədəyə görə 3 məşq və 1 oyun buraxmışam. Bunu niyə başqa yönə çəkirlər? Xəbərləri ailə üzvlərim də oxuyur. Bunları görüb nə hala düşürlər, bilirsiz? Belə şey yazmaq düzdür? Belə bir hadisə olmayıb. Heç kimlə dalaşmamışam".

İki gün öncə mətbuatda yazılıb ki, Vüsal Türkiyə toplanışı zamanı komanda yoldaşlarından biri ilə dalaşıb. Günah onda olub və qəbahətinin böyüklüyündən futbolçunun qovulmasına qərar verilib. Hətta Tərlan Əhmədovun rəhbərliyə raport yazdığı bildirilib.

Digər Xəbərlər
Xəbər Lenti