"Həyat yoldaşım və qızlarım Azərbaycanda yaşadığı üçün..."

15 Yanvar 2020 14:44 Şamaxı 1 222
"Həyat yoldaşım və qızlarım Azərbaycanda yaşadığı üçün..."

Bir neçə gün öncə Qazaxıstanın "İrtış" klubu ilə müqavilə imzalayan "Keşlə"nin sabiq yarımmüdafiəçisi Pablo Podio yerli mətbuata müsahibə verib.

Sportinfo.az xəbər verir ki, argentinalı futbolçu jurnalistin "tez-tez klub dəyişməyinizin səbəbi nədir" sualına maraqlı cavab verib: "Fərqli mədəniyyətlərlə tanış olmaq xoşuma gəlir".

Podio ailəsinin Qazaxıstana uyğunlaşma prosesinin rahat keçəcəyinə inanır: "Həyat yoldaşım və qızlarım Azərbaycanda yaşadığı üçün adaptasiya yaxşı getməlidir".

2017-ci ilin dekabr ayından 2018-in yayına qədər "Keşlə"nin formasını geyinmiş 30 yaşlı Podio paytaxt klubunda cəmi 2 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti