"Keşlə"nin sabiq futbolçusu Qazaxıstan klubunda

12 Yanvar 2020 16:03 Şamaxı 984
"Keşlə"nin sabiq futbolçusu Qazaxıstan klubunda

"Keşlə"nin sabiq yarımmüdafiəçisi Pablo Podio karyerasını Qazaxıstanda davam etdirəcək. Sportinfo.az xəbər verir ki, argentinalı futbolçu Premyer Liqada çıxış edən "İrtış"a keçib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ancaq transferin detalları hələlik açıqlanmayıb.

2017-ci ilin dekabr ayından 2018-in yayına qədər "Keşlə"nin formasını geyinmiş 30 yaşlı Podio paytaxt klubunda cəmi 2 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!