"Kiçik çatışmazlıqlar var"

11 Yanvar 2020 10:10 Şamaxı 1 027
"Kiçik çatışmazlıqlar var"

Peşəkar Futbol Liqasının nümayəndələri bu gün “ASK Arena”ya son baxış keçiriblər.

Bu haqda Sportinfo.az-a PFL-in Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov məlumat verib.

“Stadionu “Keşlə” – “Qaradağ Lökbatan” oyunu zamanı yoxladıq. Qazonda, otaqlarda, ən əsası projektorlarda hər şey qaydasındadır.

Kiçik çatışmazlıqlar var ki, bunlar da tez bir zamanda aradan qaldırılacaq məqamlardır. “Keşlə” qış fasiləsindən sonra ev oyunlarını məhz “ASK Arena”da keçirəcək” – deyə o bildirib.

2019-cu ilin sentyabrından “ASK Arena”nın süni qazonu yenisi ilə dəyişdirilib. Bu səbəbdən həmin vaxtdan “Keşlə” ev oyunlarını orada keçirə bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti