"Keşlə" əvvəl müqaviləyə, sonra baxışa çağırdı - ARA DƏYDİ, İMTİNA ETDİ

9 Yanvar 2020 21:40 Şamaxı 1 430
"Keşlə" əvvəl müqaviləyə, sonra baxışa çağırdı - ARA DƏYDİ, İMTİNA ETDİ

Yanvarın 12-də qış təlim-məşq toplanışı üçün Türkiyəyə yola düşəcək "Keşlə"də kuryoz hadisə yaşanıb.

Sportinfo.az-a daxil olan məlumata görə, Tərlan Əhmədovun baş məşqçisi olduğu komanda "Saburtalo"nun hücumçusu Oqnyen Roloviçə təklif göndərib.

Antalya toplanışına qoşulmağa razılıq verən monteneqrolu forvard daha sonra fikrindən daşınıb. Buna səbəb "Keşlə"nin birbaşa müqaviləyə dəvət etdiyi futbolçu ilə bağlı qərarını son anda dəyişərək onu baxışa çağırması olub. Komandası Gürcüstan Premyer liqasına vəsiqə qazanan 27 yaşlı qoleador yalnız müqavilə bağlamağa gələ biləcəyini deyib.

Qeyd edək ki, Roloviç azərbaycanlı yarımmüdafiəçi Nicat Qurbanovun komanda yoldaşıdır. Ötən mövsümü aşağı divizionda mübarizə aparıblar.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu