Axundov icazə vermədi: "Özünə köməkçi götürə bilməzsən!"

7 Yanvar 2020 18:34 Şamaxı 1 085
Axundov icazə vermədi: "Özünə köməkçi götürə bilməzsən!"

"Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundov Tərlan Əhmədova yeni qadağa qoyub.

Sportinfo.az-ın məlumatına görə, baş məşqçi bundan sonra özünə köməkçi götürə bilməz.

Səbəb sadədir – komandanın fiziki hazırlığına məsul olan Mehman Babayevin danışılmış oyunlarda iştirakına şübhə olduğundan o, işindən uzaqlaşdırılıb.

Əhmədov mövsümün qalan hissəsində Zaur İsmayılov və Cəmaləddin Əliyevlə bərabər çalışmalı olacaq. Hansı ki, adıçəkilən məşqçilər uzun illərdir "Keşlə"dədir və xüsusilə İsmayılov MŞ sədrinə ən yaxın kadr hesab olunur.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu