"Keşlə" üçün Almaniya, Rusiya və Slovakiya təmsilçiləri

3 Yanvar 2020 20:28 Şamaxı 651
"Keşlə" üçün Almaniya, Rusiya və Slovakiya təmsilçiləri

Yanvarın 12-dən 24-dək Türkiyədə təlim-məşq toplanışı keçirəcək "Keşlə"nin yoxlama oyunlarındakı rəqibləri bilinib.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi Antalyadakı ilk sınağında Almaniyanın III Bundesliqasında çıxış edən "Tsvikkau" ilə qarılaşacaq. Görüş yanvarın 17-də olacaq. Tərlan Əhmədovun komandası bu matçdan 5 gün sonra "Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsində mübarizədən uzaqlaşdırdığı (1:0, 3:0) Tula "Arsenal"ı ilə qüvvəsini sınayacaq.

"Keşlə" Antalyada son oyununu isə yanvarın 24-də Slovakiyanın yüksək liqasında mübarizə aparan "Zemplin" komandasına qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!